“Səbail”in uzun müddətdir zədəli olan kapitanı Eltun Yaqublu yaşıl meydandan kənarda qalsa da, gündəmdən düşmür.

Offsideplus.az xəbər verir ki, müdafiəçi bu dəfə avtoşluq etməklə gündəmə gəlib.

Komanda yoldaşı Ağabala Ramazanovun toyundan sonra Yaqublu dostunun xoş gününü avtoşluqla qeyd edib.

Hadisənin görüntülərini komanda yoldaşlarından bir çoxu sosial şəbəkələrdə paylaşıb. (qafqazinfo)