19 yaşlı tennisçi qız raketkanın "başını buraxmaq" qərarına gəlib.
Onu bu addımı atmağa sevdiyi idman növündə ciddi uğur və böyük pullar qazanmaması sövq edib.
Offsideplus.az "Yahoo Sports"a istinadla xəbər verir ki, hazırkı durumu avstraliyalı Anjelina Qraovatsın ürəyincə deyil. WTA-nın (Qadınların Tennis Assosiasiyası) "Top-1000-liy"ində öz adını görməyən gənc qız başqa sənətdən pul qazanmaq fikrinə düşüb və dərhal yeni sahə tapıb. Belə ki, Anjelina "OnlyFans" ödənişli sistemdə öz adına səhifə açıb. Həmin səhifədə özünün erotik şəkil və videolarını satacaq. Qiymətlərin kifayət qədər yüksək olacağı dəqiqdir.
Qeyd edək ki, avstraliyalı tennisçi 2018-ci ildən bu yana 37 oyun keçirib ki, onların 9-da qələbəyə sevinib. WTA-dakı mövqeyi 1171, qazandığı mükafat fondu 3500 dollardır.
Anjelina Qraovatsın fotolarını təqdim edirik.