"Liverpul"un sabiq hücumçusu Kristian Bentekenin yeni klubu müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, son olaraq "Kristal Pelas"da oynayan futbolçu "Di Si Yunayted"ə keçib. Bu barədə MLS təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Belçikalı forvardla 2,5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Benteke daha əvvəl "Aston Villa" və "Liverpul"da çıxış edib. 31 yaşlı oyunçu 10 mövsüm oynadığı İngiltərə Premyer Liqasında bütövlükdə 280 oyunda meydanda olub. O, bu görüşlərdə 86 qol vurub və 23 məhsuldar ötürmə edib.