Portuqaliya millisinin və "Mançester Yunayted"in sabiq futbolçusu Luiş Naninin yeni iş yeri məlum olub.

 Offsideplus.az xəbər verir ki, 35 yaşlı vinger karyerasını Avstraliya təmsilçisi "Melborn"da davam etirəcək. Onunla bir illik müqavilə imzalanıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, Nani "Mançester Yunayted"lə yanaşı, "Fənərbağça", "Sportinq","Valensiya" ,"Latsio", "Orlando Siti" və "Venesiya" formaları geyinib.

Без названия 1