"Lill"lə yollarını ayıran Burak Yılmaz karyerasını İngiltərədə davam etdirə bilər.

 Offsideplus.az "A Spor"a istinadən xəbər verir ki, türkiyəli iş adamı Acun İlicalının sahibi olduğu "Hall Siti" 36 yaşlı hücumçu heyətinə qatmaq niyyətinədir. Artıq tərəflər arasında danışıqların getdiyi də bildirilib. 

Bildirək ki, "Hall Siti" hazırda Çempionşipdə mübarizə aparır.

Qeyd edək ki, Burak Yılmazla "Beşikrtaş" və "Qalatasaray" da yaxından maraqlanır.