"Bursaspor" Azərbaycan millisinin üzvü Namiq Əələsgərovla yollarını ayıracaq.

Offsideplus.az xəbər verir ki, bu barədə "timsahlar"ın prezidenti Ömər Furkan Banaz bugünkü mətbuat konfransında məlumat verib. O, komandanın 3-cü liqaya düşdüyü üçün 7 legioner ilə müqaviləyə xitam verəcəyini bildirib.

Qeyd edək ki, Namiqin 2023-cü ilin yayınadək Bursa təmsilçisi ilə sözləşməsi var idi.