Jorjinyo "Çelsi"ni tərk edə bilər.

 Offsideplus.az "Todofichajes"ə istinadən xəbər verir ki, "Yuventus"  30 yaşlı yarımmüdafiəçini heyətinə qatmaq istəyir. Onun London klubuyla olan sözləşməsi 2023-də başa çatır.

Qeyd edək ki, İtaliya millisinin üzvü bu mövsüm 44 matçda 9 qol və 4 məhsuldar ötürmə edib.