"Napoli"nin futbolçusu Viktor Osimhen "Arsenal" keçməyə yaxındır.

 Offsideplus.az "Tuttomercatoweb"ə istinadən xəbər verir ki, Neapol təmsilçisinin baş icraçı direktoru Aurelio de Laurentis klubda gəlirləri azaltmaq üçün 23 yaşlı hücumçunu "topçular"a satmaq niyyətindədir.

Onun A Seriyası klubuyla sözləşməsi 2025-də başa çatır.

Qeyd edək ki, afrikalı forvard bu mövsüm 28 matçda 16 qol və 5 məhsuldar ötürmə edib.