"Fənərbağça" heyətini ulduz futbolçu ilə gücləndirəcək.

 Offsideplus.az "A Spor"a istinadən xəbər verir ki, "sarı-lacivərtlilər" İtaliya millisinin və "Torino"nun hücumçusu Andrea Belottini transfer edəcək. Mövsümün sonunda Turin klubuyla sözləşməsi bitəcək olan forvard ölkə xaricində oynamaq istəyindədir. Oyunçu İstanbul nəhəngindən illik 5 milyon avro istəyir. 

Onunla İngiltərə klubları da yaxından maraqlanır.

Qeyd edək ki, Belotti bu mövsüm 19 matçda 5 qol və 1 məhsuldar ötürmə edib. O, İtaliya millisin heyətində də 42 oyunda 12 qola imza atıb.

Bildirək ki, 28 yaşlı hücumçu yığmanın heyətində keçən il Avropa çempionu olub.

109668 GBR2021EuroAFP 1626042965823