Yeni mövsümə iddialı başlamaq istəyən "Fənərbağça" heyətini tanınmış futbolçu ilə gücləndirmək niyyətindədir.

 Offsideplus.az "Fotomaç"a istinadən xəbər verir ki, hazırda "Betis"də çıxış edən və müqavilə əsasında "Arsenal"a məxsus olan Hektor Bellerin "sarı-lacivərtlilər"in "radar"ındadır. "Topçular"ın baş məşqçisi Miker Artetanın planında yer almayan ispaniyalı oyunçunun İstanbul nəhənginə keçəcəyi gözlənilir. Artıq London təmsilçisi ilə bu barədə danlışıqlara başlanılıb.

Qeyd edək ki, Bellerin bu mövsüm La Liqada 30 matçda 4 məhsuldar ötürmə edib.