Növbəti mövsüm İngiltərə Premyer Liqasında mübarizə aparacaq ilk klubun adına aydınlıq gəlib.

 Offsideplus.az xəbər verir ki, buna "Fulhem" nail olub. Onlar 43-cü turda "Preston"a ( 2:0 ) qalib gəlməklə yenidən əsas liqaya vəsiqə qazanıblar.

Xallarını 86-ya çatdıran "Fulhem" 1-ci pillədə möhkəmlənib və 73 xalla 3-cü yerdə gedən "Haddersfild" üçün əlçatmaz olub.

Qeyd edək ki, London təmslçisi 2020/2021 mövsümündə Premyer Liqada 18-ci yeri tutaraq Çempionşipə yuvarlanmışdı.