“Dinamo”nun baş məşqçisi Jelko Kopiç  Mahir Emreli haqda danışıb.

Offsideplus.az  xəbər verir ki, çalışdırıcı “Hayduk”la sabah keçiriləcək 32-ci turunun oyunu öncəsi təşkil olunan mətbuat konfransında Azərbaycan millisinin futbolçusu barədə suala belə cavab verib.

"Mahir Emreli zədə alsa da, sizi məlumatlandırmamışdı. Oyunçularınıza belə hal yaşanacağı halda məlumat verilməsini tələbə edəcəksiniz?"

 

Kopiç: “Mənim üçün çox xoşdur ki, futbolçu problem yaşasa da, klubu və komandası üçün maksimum güc sərf etmək istəyir. Biz görürdük ki, Mahir əsl formasından uzaqdır. Amma o, artıq özünə gəlir və oyundan-oyuna daha yaxşı çıxış edir. Biz bir çox oyunçunu, o cümlədən Emrelini doğru ritmə yönəltməyi bacardıq. Mənim üçün çox vacibdir ki, bütün futbolçular klubun uğurları, çempionluq titullları ilə yaşasın və bunun üçün hər şeyi etsin”.