"Real"ın futbolçusu Luka Modriç Qətər klubundan təklif alıb.

 Offsideplus.az xəbər verir ki, bu haqda İspaniya mediası məlumat yayıb.Sözügedən ölkənin "Əl-Sədd" komandası 36 yaşlı oyunçunu heyətinə qatmaq istəyib. Lakin xorvatiyalı yarımmüdafiəçi bundan imtina edib.

Qeyd edək ki, Modriç 2012-ci ildə "Tottenhem"dən "kral klubu"na keçib.