"Nyukasl" "Benfika"nın hücumçusu Darvin Nunezə təklif göndərib.

 Offsideplus.az "Foot Mercato"ya istinadən xəbər verir ki, "sağsağanlar" 22 yaşlı uruqvaylı hücumçu üçün 60 milyon avro verməyə hazırdır. Hətta oyunçu özü də bu barədə Premyer Liqa klubuyla danışıb. Onun Lissabon təmsilçisi ilə hazırkı sözləşməsi 2025-ci ildə başa çatır.

Qeyd edək ki, Nunez bu mövsüm "qartallar"ın heyətində 37 matçda 32 qol və 3 məhsuldar ötürmə edib.