"Çelsi"nin futbolçusu Romelu Lukaku karyerasını PSJ-də davam etdirməyə yaxındır.

Offsideplus.az "90min"ə istinadən xəbər verir ki, Fransa klubunun menecerləri 28 yaşlı hücumçunun agenti ilə danışıqlara başlayıb. Paris təmsiıçisi belçikalı oyunçunu Kilian Mbappenin yerinə düşünür.

London klubuyla 2026-cı ilədək sözləşməsi olan Lukakunun yayda İngiltərəni tərk etmək istəyi var.

Qeyd edək ki, Belçika millisinin üzvü bu mövsüm "zadəganlar"ın heyətində 36 matçda 12 qol və 2 məhsuldar ötürmə edib.