"Qalatasaray"ın futbolçusu Aleksandru Çıkaldau karyerasını İspaniyada davam etdirə bilər.

 Offsideplus.az "Minutod"a istiandən xəbər verir ki, "Betis"in baş məşqçisi Manuel Pelleqrini 24 yaşlı rumıniyalı yarımmüdafiəçini komandaya gətirmək niyyətindədir. İspaniya təmsilçisi növbəti mövsüm Çempionlar Liqasına qatılmağı məqsəd qoyduğu üçün daha güclü heyət qurmaq istəyir.

Qeyd edək ki, Rumıniya millisinin üzvü mövsüm əvvəlində İstanbul nəhənginə keçib.