"Real" "Bavariya"nın futbolçusu Serj Qnabrini heyətinə qatmaq istəyir.

 Offsideplus.az "Sport Bild"ə istinadən xəbər verir ki, "kral klubu" 26 yaşlı almaniyalı vingerlə təmasa keçib. Hətta Madrid təmsilçi oyunçunun sabiq komanda yoldaşı David Alabanı bu danışıqlarda vasitəçi kimi tutur.

Qeyd edək ki, Almaniya millisinin üzvü 2017-ci ildən Münhen klubunda çıxış edir.