"Trabzonspor"un sabiq futbolçusu Emre Güral karyersını İtaliyada davam etdirəcək.

 Offsideplus.az xəbər verir ki, 32 yaşlı hücumçu B Seriyasında mübarizə aparan "Krotene" ilə mövsümün sonunadək sözləşmə imzalayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, Emre Güral karyerası ərzində "Trabzonspor", "Əskişəhərspor", "Antalyaspor" ve " Ankaragücü" formaları geyinib.