"Başakşəhər" yeni futbolçu ilə anlaşıb.

 Offsideplus.az "Fanatik"ə istinadən xəbər verir ki, İstanbul klubu "Lokomotiv"də ( Moskva ) çıxış edən 20 yaşlı fransalı Aleksis Beka-Beka ilə anlaşıb. 

Qeyd edək ki, adıçəkilən oyunçu bu mövsüm paytaxt klubu ilə 17 matçda meydana çıxıb və 3 məhsuldar ötürmə edib.

Bildirək ki, Türkiyə Futbol Federasiyası Rusiya və Ukrayna arasında olan müharibəyə görə qış transfer pəncərəsini aprelin 7-nə kimi uzadıb.