"Milan" heyətini yeni futbolçu ilə gücləndirmək istəyir.

 Offsideplus.az "La Gazetta dello Sport"a istinadən xəbər verir ki, "rossonyeri"lər  "Sent-Etyen"in ( Fransa ) 19 yaşlı qvineyalı müdafiəçisi Saido Sovu transfer etmək niyyətindədir. A Seriya təmsilçisinin gənc oyunçu üçün danışıqlara başlayacağı bildirilib. Onun Liqa 1 klubu ilə sözləşməsi 2025-ci ildə başa çatır.

Qeyd edək ki, Qvineya millisinin üzvü bu mövsüm 12 matçda 2 qol və 1 məhsuldar ötürmə edib.