İngiltərə millisinin sabiq futbolçusu Cermeyn Defo karyerasını bitirib.

 Offsideplus.az xəbər verir ki, 39 yaşlı oyunçu bu haqda "tvitter" hesabında məlumat verib: "Çox çətin qərardır. Bundan sonra ailəm və dostlarıma vaxt ayıracağam".

Qeyd edək ki, sabiq hücumçu karyerası ərzində  “Tottenhem”, “Vest Hem”, “Reyncers”, “Sanderlend”, “Bornmunt”, “Toronto” kimi klubların şərfini qoruyub. O, İngiltərə yığmasının heyətində 57 matçda 20 qol vurub.