"Qalatasaray"ın futbolçusu Aleksandr Çıkaldau karyerasını İtaliyada davam etdirəcək.

Offsideplus.az "Sport Arena"ya istinadən xəbər verir ki, "cim-bom" 24 yaşlı orta sahə oyunçusu üçün "Sampdoriya" ilə anlaşıb. Komanda A Seriyasında qalacağı təqdirdə, 8 milyon avroya bu transferi bitirəcək.

Qeyd edək ki, rumıniyalı futbolçu 2021-ci ilin yayından İstanbul nəhəngində çıxış edir.