"Real" "Lester"də çıxış edən Ceyms Maddisonu heyətinə qatmaq istəyir.

 Offsideplus.az "Fichajes"ə istinadən xəbər verir ki, Madrid klubu 25 yaşlı ingilis orta sahə oyunçusunu Luka Modriçin əvəzləyicisi kimi düşünür. Lakin "tülkülər" futbolçunu 80 milyon avrodan aşağıya satmaq niyyəti yoxdur.

Qeyd edək ki, adıçəkilən oyunçu 2018-ci ildən "Lester"də top qovur.