"Real" "İnter"də çıxış edən Nikolo Barellanı heyətinə qatmaq istəyir.

 Offsideplus.az "El Nacional"a istinadən xəbər verir ki, "kral klubu"nin baş məşqçisi Karlo Ançelotti adıçəkilən oyunçunu tez-tez zədə keçirən Toni Kroosun əvəzləyicisi kimi düşünür. Lakin Milan təmsilçisi 25 yaşlı yarımmüdafiəçini 80 milyon avrodan aşağı məbləğə buraxmaq niyyətində deyil.Onun "nerazzuri"lərlə sözləşməsi 2026-ci ildə başa çatır.

Qeyd edək ki, 2019-cu ildən "İnter"də forma geyinən Barella bu mövsüm 37 matçda 2 qol və 10 məhsyuldar ötürmə edib.