"Şaxtyor"un futbolçusu Junior Moraes komandanı tərk edib.

 Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 34 yaşlı brazilyalı hücumçu ölkəsinin "Korintians" kollektivi ilə anlaşıb. Onunla 2023-cü ilədək sözləşmə imzalanıb.

Qeyd edək ki, "sambaçı" 2018-ci ildən Donetsk təmsilçisində çıxış edirdi.