"Çelsi"nin futbolçusu Romelu Lukaku karyerasını İspaniyada davam etdirə bilər.

 Offsideplus.az "Fichajes"ə istinadən xəbər verir ki, "Atletiko" 28 yaşlı forvardı yayda heyətinə cəlb etmək niyyətindədir. Madrid klubunun baş məşqçisi Dieqo Simione belçikalı hücumçunu yayda komandanı tərk edəcək Luis Suaresin yerinə düşünür. Artıq La Liqa təmsilçisi bu transfer üçün danışıqlara başlamağa hazırlaşır.

Həmçinin, Lukaku özü də London klubundan ayrılmaq istəyir.

Qeyd edək ki, Belçika millisinin üzvü bu mövsüm "zadəganlar"ın heyətində 33 matçda 11 qol və 2 məhsuldar ötürmə edib.