Sabiq "Qarabağ"lı Dino Ndlovu "Kocəlispor"dan gedib.

Offsideplus.az xəbər verir ki, bu barədə "Kocəli Zirvə" məlumat yayıb. Bildirilib ki, 32 yaşlı afrikalı hücumçu Çin təmsilçisi “Çançun Yatay”la anlaşıb. Asiya klubu bu keçid üçün türklərə 5 milyon dollar ödəyəcək.

O, daha əvvəl də Çin 2-ci liqasında mübarizə aparan “Çjetsyaz” forması geyinib.

Qeyd edək ki, Ndlovu 2016/2018-ci illərdə Ağdam klubunda çıxış edib.