Portuqaliya millisinin və "Sevilya"nın sabiq qapıçısı Beto karyerasını Finlandiyada davam etdirəcək.

 Offsideplus.az xəbər verir ki, 39 yaşlı əlcək sahibi HİK-ə keçib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Onunla bu ilin sonunadək müqavilə imzalanıb.

Qeyd edək ki, Beto karyerası ərzində "Sevilya" ilə yanaşı, "Sportinq", "Braqa", "Porto" kimi önəmli klubların şərəfini qoruyub. O, Türkiyədə isə "Göztəpə"də çıxış edib.

Beto