"Marsel" hazırda komandada icarə əsasında çıxış edən Matteo Genduzini birdəfəlik almaq istəyir.

 Offsideplus.az "RMC Sport"a istinadən xəbər verir ki, Liqa 1 təmsilçisi yayda müqavilə əsasında məxsus olduğu  "Arsenal"a qayıdacaq olan 22 yaşlı yarımmüdafiçi üçün ingilislərlə danışıqlara başlayacaq. Fransa klubunun futbolçuya 3 illik sözləşmə təklif edəcəyi bildirilib.

Qeyd edək ki, Fransa yığmasının üzvü bu mövsüm 38 matçda 4 qol və 11 məhsuldar ötürmə edib.