"Barselona" heyətini tanınmış futbolçu ilə gücləndirməyə yaxındı.

 Offsideplus.az xəbər verir ki, Kataloniya klubunun çalışdırıcısı Xavi "Napoli"nin müdafiəçisi Kalidu Kulibalinin komandaya cəlb olunmasını istəyir. Bildirlib ki, Neapol təmsilçisi 30 yaşlı seneqallı oyunçunu sərfəli qiymətə satarsa, İspaniya nəhəngi bu transferi gerçəkləşdirə bilər.

Qeyd edək ki, 2014-cü ildən "Napoli"nin şərəfini qoruyan Kulibali bu mövsüm 24 qarşılaşmada  2 qol və 2 məhsuldar ötürmə edib.