"Qarabağ"ın  qapıçısı Emil Balayev Qazaxıstan klubuna keçəcək.

Offsideplus.az xəbər verir ki, millimizin üzvü sözügedən ölkənin  "Turan" klubu ilə anlaşıb. 27 yaşlı oyunçunun yaxın zamanda rəsmi sözləşməyə qol çəkəcəyi bildirilib.Bu barədə "meta-ratings.kz" məlumat yayıb.

Ağdam təmsilçisi Balayevin "Turan"a keçməsinə razılıq verib.

Qeyd edək ki, "Turan" hazırkı çalışdırıcısı Vladimir Qazzaev 2019-cu ildə Emilin "Tobol"dakı baş məşqçisi olub.