İngiltərə millisinin və "Arsenal"ın sabiq futbolçusu Cek Uilşir karyerasını Danimarkada davam etdirəcək.

 Offsideplus.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi sözügedən ölkənin "Aarhus" klubu ilə anlaşıb. Onunla mövsümün sonunadək sözləşmə imzalanıb.

Qeyd edək ki, Uilşir karyerası ərzində "Arsenal", "Vest Hem" və "Bornmunt" formaları geyinib.O, İngiltərə millisinin heyətində də 34 oyunda 2 qol vurub.