"Sevilya"nın futbolçusu Jül Kunde qərarını verib.

 Offsideplius.az "The Exspress"ə istinadən xəbər verir ki, 23 yaşlı fransalı müdafiəçi "Barselona"nın təklifindən imtina edib. O, "Çelsi"yə keçəcəyini bildirib. Onun La Liqa klubu ilə hazırkı sözləşməsi 2024-cü ildə yekunlaşır. "Zadəganlar"ın oyunçunu növbəti mövsüm heyətinə qatacağı gözlənilir.

Onun "transfermarkt"da hazırkı dəyəri 60 milyon avrodur.

Qeyd edək ki, Jül Kunde 2019-cu ildən Əndəlüs təmsilçisində çıxış edir. O, Fransa yığmasının heyətində də 7 matçda meydana çıxıb.