Portuqaliya millisinin sabiq futbolçusu Manuel Fernandeş karyerasını Yunanıstanda davam etdirəcək.

Offsideplus.az xəbər verir ki, 36 yaşlı oyunçu "Apollon"la ( Smirnis ) anlaşıb. Onunla imzalanan müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, Fernandeş karyerası ərzində "Benfika", "Everton", "Valensiya", "Beşiktaş", "Lokomotiv" ( Moskva ) və "Kaysərispor" formaları geyinib. O, Portuqaliya millisinin heyətində 15 oyunda 3 qol vurub.