Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi  "Dinamo" bu gün Xorvatiya çempionatında növbəti qarşılaşmasını keçiriəcək.

Offsideplus.az xəbər verir ki, Zaqreb klubu 24-cü turda paytaxtın digər təmsilçisi "Lokomotiv"lə üz-üzə gələcək. Matç Bakı vaxtı ilə 20:05-də start götürəcək.

 

Qeyd edək ki, "Dinamo" ölkə çempionatında  49 xalla liderdir.