Millimizin üzvü  Amit Quluzadə özünə yeni klub tapıb.

Offsideplus.az  "transfermarkt"a istinadən xəbər verir ki, 29 yaşlı orta sahə oyunçusu Avstriya təmsilçisi " ATSV Stadl-Paura" keçib.Onunla mövsümün sonunadək sözləşmə imzalanıbə Quluzadə ilə müddəti 2022-ci ilin yayına qədər olan müqavilə imzalanıb.

Qeyd edək ki, Quluzadə karyerası ərzində  "Neftçi", “Rəvan”, “Sumqayıt”, “Qəbələ”, “Səbail”, “Ərciyəsspor”, “Atletiko” (Portuqaliya), AEL ( Larisa ) “Drita” (Kosovo) və “Çelik”də (Bosniya və Hersoqovina) çıxış edib. Onun son klubu Moldovanın "Milsami" klubu olub. O, millimizin heyətində 3 matçda meydana çıxıb.