"Bavariya" "İnter"in futbolçusu Alessandor Bastoniyi heyətinə qatmaq istəyir.

 Offsideplus.az "Sport Mediaset"ə istinadən xəbər verir ki, Münhen klubu 22 yaşlı müdafiəçi üçün danışıqlara başlayacaq. Onun Milan təmsilçisi ilə sözləşməsi 2024-cü ildə yekunlaşır.

Həmçinin, Bastoni ilə "Mançester Yunayted"də yaxından maraqlanır.

Qeyd edək ki, İtaliya millisinin üzvü bu mövsüm "nerazzurrilər"lə 29 matçda 1 qol və 3 məhsuldar ötürmə edib.