"Mançester Yunayted" futbolçusu Andreas Pereyrayla yolları ayırıb.

 Offsideplus.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, "qırmızı şeytanlar" 26 yaşlı yarımmüdafiəçini Brazilya təmsilçisi "Flamenqo"ya satıb. Adıçəkilən "sambaçı" bu gün yeni müqaviləyə imza atacaq.

Bildirək ki, Pereyra icarə əsasında "Flamenqo"da çıxış edirdi.