"Bavariya"nın futbolçusu Tomas Müller İngiltərənin iki klubunun transfer hədəfindədir.

 Offsideplus.az "Bild" nəşrinə istinadən xəbər verir ki, "Everton" və "Nyukasl" 32 yaşlı almaniyalı oyunçunu heyətinə qatmaq üçün mübarizə aparır.

Müllerin Münhen klubuyla sözləşməsi 2023-cü ildə başa çatır.

Qeyd edək ki, 2009-cu ildən "Bavariya"nın əsas komandasından çıxış edən futbolçu bu mövsüm 29 matçda 9 qol və 20 məhsuldar ötürmə edib.