Braziliya A Seriyasında keçirilən "Qremio" - "Palmeyras" matçında dava düşüb.

Offsideplus.az xəbər verir ki, oyundan sonra "Qremio" azarkeşləri hakimlikdən narazı qaldıqları üçün iğtişaşlar törədiblər. Qarşılaşma zamanı meydan sahiblərinin bir qolu VAR-dan sonra ləğv edildiyinə görə, fanatların qəzəbinə tuş gəlib.

Qeyd edək ki, matç qonaqların 1:3 hesablı qələbəsi ilə başa çatıb.