Futbol üzrə Belarus çempionu bəlli olub.

Offsideplus.az xəbər verir ki, sona 3 tur qalmış "Şaxtyor" qızıl medalları rəsmiləşdirib. Soliqorsk təmsilçisi bu uğura 15-ci turdan təxirə salınmış "Qomel"i məğlub etməklə çatıb.

Qeyd edək ki, bu, "Şaxtyor"un üst-üstə 2-ci, ümumilikdə isə 3-cü çempionluğudur.