“Makkabi” (Petah-Tikva) komandasından ayrılan Azərbaycan millisinin və “Sumqayıt”ın sabiq futbolçusu Əli Babayevin yeni klubu müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, 31 yaşlı futbolçu “Hapoel” (Ramat-Qan) klubuna keçib. Bununla bağlı sözügedən klubun rəsmi saytı məlumat yayıb. Əli yeni klubu ilə 1.5 illik müqavilə imzalayıb.

Qeyd edək ki, 2018-19 mövsümündə "Sumqayıt"da çıxış etmiş Əli Babayev 1 oyunda Azərbaycan millisinin formasını geyinib.