"Bavariya"nın ölkə kubokunda ikinci Bundesliqa təmsilçisi "Holştayn"a məğlub olması Almaniyada birmənalı qarşılanmayıb.

Çempionatda Münxenqladbax "Borussiya"sına boyun əyən çempionun ardıcıl ikinci dəfə uduzması ortaya suallar çıxarıb.

Offsideplus.az xəbər verir ki, "Bavariya" 20 ilə yaxındır ölkə kubokunda aşağı dəstə təmsilçilərinə yenilmirdi. Sonuncu belə hal 17 il əvvəl - 2003-04 mövsümünə təsadüf edib. "Bavariya" kubokun yarımfinalında "Alemanniya"ya məğlub olmaqla (1:2) böyük üzüntü yaşamışdı. Yeri gəlmişkən, həmin qarşılaşma 2004-ün fevralın 4-də rəqib meydanında baş tutmuşdu.