“Mançester Yunayted”in qapıçısı David de Xea yayda klubunu dəyişmək niyyətindədi.

Offsideplus.az xəbər verir ki, ispaniyalı qapıçı “mankunianlar”ın rəhbərliyi ilə görüşüb.

De Xea Mançester təmsilçisindən onu “Real”a buraxmağı xahiş edib. Qarşı tərəfin buna razı olub-olmayacağı bilinmir.

 Qeyd edək ki, “Real” 2011-ci ildən “Mançester Yunayted”in formasını geyinən David de Xea ilə uzun müddətdi maraqlanır.