"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola ötən mövsüm İngiltərə klubundan ayrılmaq istəyib.

Offsideplus.az xəbər verir ki, bu barədə təcrübəli mütəxəssisin özü məlumat verib:

"Fikirləşdim ki, taktikam işləmədiyinə görə istefa verməliyəm və başqası bu klubu çalışdırmalıdır. Həmin vaxt nəticələrdən narahat idim. Bu vəziyyəti yaxşılaşdırmaq üçün nələr edə biləcəyimi düşündüm. Belə fikirlərin hər bir məşqçinin düşünməsi normaldır".

Qeyd edək ki, "Mançester Siti"  ötən mövsüm Premyer Liqanı 3-cü pillədə başa vurub. Qvardiolanın komandası hazırda ölkə çempionatında liderdir.