PSJ-Kilian Mbappe-"Real Madrid" hekayəsi yenə başlayır.
Offsideplus.az xəbər verir ki, Fabritsio Romanoya istinadən son dəqiqəyə olan məlumatlar aşağıdakılardır:
Vəziyyət çox ciddidir, PSJ klubu qəzəblənib;
PSJ Mbappenin qərar verdiyi vaxtdan razı deyil;
Kilian bu yay ayrılsa, klubun ehtiyat planı var;
PSJ Mbappenin pulsuz ayrılmasına icazə verməyəcək. Ya yeni müqavilə, ya da dərhal satılmalıdır;
Danışıqların getdiyi bu vaxtlarda PSJ məlumatın sızdırılmasını gözləmirdi.
Qeyd edək ki, Mbappenin PSJ ilə sözləşməsinin müddəti 2024-cü ilin yayında başa çatacaq.
Günay Xəlil