"Nant" klubu futbolçusu Mostafa Mohamedi cəzalandırıb.
Offsideplus.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Misirli futbolçu LGBT-yə dəstək məqsədilə xüsusi formaları geyinməkdən imtina edib.
Klub yaydığı açıqlamada bidirir:
"Nant", homofobiyaya qarşı mübarizə günlərinə aktiv olaraq qoşulur. Ardıcıl 3 mövsüm göyqurşağı rənglərinin olduğu forma geyinmişik. Mostafa Mohamed "Nant"ın Liqa 1-də qalmaq üçün mübarizə apardığı bu vaxtlarda "Tuluse" ilə oyuna çıxmaqdan şəxsi səbəblərə görə imtina etdi. Buna görə də ona pul cəzası vermək qərarına gəldik".