Fransanın PSJ klubu yay transfer dövründə heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

 Offsideplus.az "Fichajes"ə istinadla xəbər verir ki, Paris təmsilçisi "Mançester Siti"nin portuqaliyalı hücumameyilli yarımmüdafiəçisi Bernardo Silvanı sıralarına qatmaq üçün danışıqlara başlayıb.

Premyer Liqa klubu 28 yaşlı futbolçu üçün qarşı tərəfdən 90 milyon avro tələb edir. PSJ rəhbərliyi isə bu məbləği ödəməyə razılaşıb.

Qeyd edək ki, Silvanın MS ilə 2025-ci ilin 30 iyununadək müqaviləsi var.