Fransa 2-ci Liqa təmsilçisi "Sent-Etyen" "Qarabağ"ın hücumçusu İbrahima Vadjini heyətinə qatıb.

Offsideplus.az xəbər verir ki, 27 yaşlı hücumçu Fransa klubuna keçidi barədə ilk açıqlamanı verib:

"Fransaya qayıtdığım üçün, xüsusilə də “Sent-Etyen” kimi kluba qoşulduğuma görə çox məmnunam. Məqsədlərimizə nail olmaq üçün əlimdən gələni edəcəm. Özümü çox yaxşı hiss edirəm, "Sent-Etyen" formasını geyinməyə hazıram".

Qeyd edək ki, transfer üçün "Qarabağ"a 1,5 milyon avro ödəyən "Sent-Etyen" seneqallı oyunçu ilə 3 illik müqavilə bağlayıb.