UEFA Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Marsel" heyətini gücləndirib.

 Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Liqa 1 təmsilçisi "Roma"dan icarəyə götürdüyü qapıçı Pau Lopesi birdfəlik transfer edib. 

27 yaşlı ispan qolkiperlə 2026-cı ilə qədər müqavilə imzalanıb.

Qeyd edək ki, Lopes bu mövsüm "Marsel"in heyətində 20 qarşılaşmada meydanda olub.